Elektrik enerjisi birinci, pomidor ikinci, pambıq mahlıcı üçüncü olub - İXRAC İCMALI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın iyul sayını təqdim edib.
Marja İcmala istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin yanvar-iyun ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ilin iyun ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 4,9% artaraq 125,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 20,8% artaraq 182,1 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,1 milyon ABŞ dolları) üçüncü olub.
2023-cü ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.













/ marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları