"EmbaFinans" yavaşlamaq bilmir
BOKT "EmbaFinans" QSC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 3 milyon 502 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ilin eyni dövrünü 2 milyon 82 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "EmbaFinans"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 420 min manat və ya 68% artıb.
Marja.az xəbər verir ki, BOKT "EmbaFinans"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 5 milyon 611 min manat ikən, 2024-cü ilin birinci yarısında 7 milyon 885 min manata yüksəlib (41% artıb).
Kredit şirkətinin haqq və komissiya gəlirləri isə 55% artaraq 1 milyon 729 min manata qalxıb.
30 İyun 2024-cü il tarixində BOKT "EmbaFinans"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 58 milyon 626 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 52 milyon 111 min manat təşkil etmişdi.
Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan "EmbaFinans" QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən "EmbaFinans" Bank Olmayan Kredit Təşkilatıdır. BOKT "EmbaFinans" QSC hazırda istehlak və mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir. Hal-hazırda "EmbaFinans"ın təklif etdiyi kreditlər vasitəsilə Embawood, Madeyra və IdealDizayn məhsullarını əldə etmək mümkündür. Həmçinin Təşkilat AzEstetik, Smarton, Bravo və ölkə üzrə bir çox tanınmış mağazalar ilə də əməkdaşlıq edir.


"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?