"Embafinans"ın sürətli inkişafı 2022-də də davam edir – XALİS MƏNFƏƏTİ 30% ARTIB
BOKT "Embafinans" QSC 2022-ci ilin birinci yarısı üzrə (yanvar-iyun) əsas maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, "Embafinans"ın xalis mənfəəti 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 409 min manat və ya 30% artaraq 1 milyon 788 min manat təşkil edib. 2021-ci ilin ilk 6 ayında təşkilatın xalis mənfəəti 1 milyon 379 min manat təşkil etmişdi.
2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında "Embafinans" faiz gəlirləri 10% artaraq 4 milyon 147 min manat, haqq və komissiya gəlirləri isə 51% artaraq 883 min 700 manat təşkil edib.
"Embafinans"ın böyüməsi müştərilərə verilən kreditlərin artması hesabınadır. Son bir ildə "Embafinans"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 742 min manat və ya 16% artaraq 30 iyun 2022-ci il tarixində 34 milyon 21 min manata çatıb. Eyni dövrdə "Embafinans" QSC-nin cəmi aktivləri 1 milyon 79 min manat və ya 3% artaraq 38 milyon 254 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində "Embafinans" 14 milyon 841 min manat məcmu kapitala malik olub. BOKT "Embafinans" QSC-nin istehlak və biznes kreditləri vasitəsi ilə həyatınızı daha rəngarəng, arzularınızı daha da əlçatan edə bilərsiniz.
(®) Sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşmə zamanı bizim təkliflərimizi daha da cəlbedici edir. Tələsin! Siz də arzularınıza daha yaxın olun! Daha ətraflı məlumat üçün *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi