Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın sentyabr sayını təqdim edib.
Marja.az İcmala istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 1-ci yeri "Prime Cotton" MMC tutub.
2025-ci ilin 8 ayı ərzində "Prime Cotton" şirkətinin ixracının məblği 84 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 milyon dollar və ya 27,3% çoxdur. 2024-cü ilin 8 ayı ərzində "Prime Cotton" şirkətinin ixracının məblği 69,9 milyon dollar təşkil etmişdi.
Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan "GP Cotton Holdings"in şirkəti olan "MKT İstehsalat Kommersiya" MMC ötən ilin Noyabr ayında rebrendinq edərək fəaliyyətini "Prime Cotton" MMC adı ilə davam etdirir. "GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir.


AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?