Ən geniş filial şəbəkəsinə malik olan BOKT "İnternational" ASC 2023-cü üzrə maliyyə göstəricilərini açıqlayıb

Ən geniş filial şəbəkəsinə malik olan BOKT Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT "İnternational" ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də yüksək statistik göstəricilərə imza atmışdır.
BOKT "İnternational" ASC-nin kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat Mühasibat uçotunun "Mühasibat uçotu haqqında" Azərbaycanın "Mühasibat uçotu haqqında" Qanununun, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələbləri çərçivəsində tamlığı, aidiyyəti maliyyə hesabatlarının hazırlanması və bu hesbatların MHBS-yə uyğunluğuna dair rəyin verilməsi beynəlxalq audit şirkəti "Baker Tilly Azerbaijan" tərəfindən təsdiqlənib.
XALİS MƏNFƏƏTİ ARTIB
BOKT-un yaydığı press-relizdə bildirilir ki,  BOKT "İnternational" ASC-nin ötən ili 2 milyon 792 min 98 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 1 milyon 262 min 64 manat yuxarı göstəricidir.
GƏLİRLƏRİ ARTIB
Ötən ilin yekununda BOKT-un xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 10 milyon 536 min 148 manatla başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2 milyon 739 min 937 manat yuxarı göstəricidir.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
BOKT BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
BOKT-un aktivləri isə 80,2% artımla 36 milyon 107 min 205 manata yüksəlib. Aktivlərin 30 milyon 280 min 111 manatını kredit portfeli təşkil edib.
Bütün növ kreditərdə artım baş verib.
Bu dövrdə BOKT-un kredit portfeli 5 milyon 677 min 952 manat artaraq 30 milyon 280 min 111 milyon manata yüksəlib. O, cümlədən;
Xüsusi olaraq, 2022-ci il üzrə aktiv 13 min 257 plastik kart sayı ilə müqayisədə 2023-cü ilin dekabr ayının sonuna qədər plastik kartların sayı 16 min 925 ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir.
2015-ci il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır.2023-cü ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzvlüyünə daxil edilmişdir. BOKT-un davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir. Kapital bazarı üzrə işgüzar münasibətlərin formalaşması qarşılıqlı iqtisadi münasibətlərə söykənən müvafiq Fond Birjalarında, BOKT "İnternational"ASC-nin bazarın yüksək reputasiyaya malik anderrayteri İnvestisiya Şirkətləri ilə davamlı olmasını həyata keçirir.
Qeyd edilib ki, 2023-cü Yubley ili olduğundan yeni Yubley istiqrazları ilə bazara məhsul daxil edilmişdir. Hər birinin nominal dəyəri 1000 manat, müddəti 24 ayadək olan istiqrazlar illik 15 faizədək gəlir ödənişlərini hər ay, hər rüb, müddətin sonunda götürülməsinə şərait yaratmışdır.
İŞÇİLƏRİNİN SAYI ARTIB
BOKT-da 2023-cü ilin sonuna işçi sayında da artım baş verib. BOKT-un 2022-ci ilin sonuna işçi sayı 252 nəfər, 2023-cü ilin sonuna isə bu say 331-ə çatıb.
NİZAMNAMƏ KAPİTALI 3 MİLYON ARTIRILIB
Qeyd edilib ki, BOKT "İnternational" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır. BOKT-un məcmu / nizamnamə  kapitalı 2022-ci il üzrə 5 milyon manat, 2023-cü ilin sonunda isə  8 milyon manat təşkil etmişdir.
BOKT-un Bakı və regionlarda ümumilikdə 36 filialı ilə fəaliyyət göstərir. BOKT-un məhsul və xidmətləri ilə  www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
Ən geniş filial şəbəkəsinə malik olan BOKT Ən geniş filial şəbəkəsinə malik olan BOKT Ən geniş filial şəbəkəsinə malik olan BOKT Ən geniş filial şəbəkəsinə malik olan BOKT Ən geniş filial şəbəkəsinə malik olan BOKT / marja.az

Banklar     Tarix: 07 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti