Əqli Mülkiyyət Agentliyində yeni qurum yaradılıb
Əqli Mülkiyyət Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə Əqli Mülkiyyət Milli Təlim Mərkəzi yaradılıb.
Agentlikdən bildirilib ki, Təlim Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
Qeyd edilib ki, Təlim Mərkəzi Nizamnaməsinə uyğun olaraq Agentlik və onun tabeliyində olan qurumlar, dövlət orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən elmi-tədqiqat və təhsil müəssisələri, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəkdir.
Təlim Mərkəzinin fəaliyyətinin məqsədi əqli mülkiyyət sahəsində peşəkar kadrların hazırlanmasına dəstək göstərilənməsindən ibarətdir. Müəlliflər, hüquq sahibləri, mütəxəssislər, tələbələr, tədqiqatçı alimlər, özəl və dövlət müəssisələrində çalışan işçilər, biznes və sahibkarlıq subyektləri, biznes menecerləri, kiçik və orta sahibkarlıqla məşğul olanlar, patent müvəkkili olmaq istəyənlər və digər maraqlı şəxsləri əqli mülkiyyət üzrə biliklərinin artırılması üçün Təlim Mərkəzindən faydalana bilərlər. Bununla əlaqədar Təlim Mərkəzi tərəfindən mütəmadi olaraq kurslar təşkil olunacaqdır. Dinləyicilər qarşısında əqli mülkiyyət sahəsində tanınmış beynəlxalq ekspertlər, mütəxəssislər vəhüquqşünaslar mühazirələr oxuyacaqlar.
Təlim Mərkəzi əqli mülkiyyət sahəsində maarifləndirmə işlərində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında da iştirak edəcəkdir.
Təlim Mərkəzitərəfindən təşkil edilən təhsil prosesi offlayn (canlı), o cümlədən onlayn platforma vasitəsilə həyata keçiriləcəkdir.
Kursları müvəffəqiyyətlə bitirənlərə əldə etdikləri səriştə və bacarıqları təsdiq edən Sertifikat veriləcək.
Təlim Mərkəzimaraqlı şəxslər üçün tematik seminarlar, sərgilər, konfranslar, dəyirmi masalar və ustad dərslərinin keçirilməsini də planlaşdırır. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Start-up nədir?