Ev quşlarının qiyməti kəskin bahalaşdı
Ölkə ərazisində heyvanlar arasında yayılan dabaq xəstəliyi bazarda qiymət dəyişikliklərinə yol açıb.
Biznes.az xəbər verir ki, paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər.
Hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunurdu, lakin bu il qiymətlərin artımı artıq indidən başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun bir kiloqramının qiyməti 4-5 manat artıb.
Satıcılar qiymət artımını iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması səbəbiylə ev quşlarına artan tələbatla əlaqələndirirlər.
Nəzərə çatdıraq ki, hind quşu ilə yanaşı qaz və ördək satışında da qiymətlərin yüksəlməsi müşahidə edilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?