Expressbank AQTA-nın layihəsinə qoşulub
®Expressbank əməkdaşları üçün "Sağlamlıq ayı" çərçivəsində yekun tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilib.
Bank AQTA-nın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə həyata keçirdiyi "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihəyə qoşulub.
Belə ki, tədbir zamanı AQTİ-nin şöbə müdiri Rəşad Mehdizadə AQTA-nın həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AQTA sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə belə bir təşəbbüsə başlayıb.
Həmçinin AQTİ-nin eksperti, həkim-dietoloq Tutu Zeynalova Expressbank əməkdaşlarına sağlam qidalanma vərdişləri və bu vərdişlərin həyat keyfiyyətini artırması mövzusunda ətraflı məlumat verib. Bank əməkdaşlarının gündəlik qidalanma vərdişləri ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, Expressbankda 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə, aprel ayı "Sağlamlıq ayı" olaraq qeyd olunub. "Sağlam komanda" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daxili kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə ay ərzində müxtəlif mövzularda ardıcıl sağlamlıq əhəmiyyətli tədbirlər həyata keçirilib. Bankın bu təşəbbüsləri reallaşdırmaqda əsas məqsədi əməkdaşlarının fiziki və psixoloji rifahına dəstək olmaq, onların sağlam həyat tərzi vərdişlərinə töhfə verməkdir. / banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?