Expressbank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"-nın rəsmi tərəfdaşıdır
®"Expressbank" ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı qismində çıxış edib.
Mötəbər tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların rəsmi dəstəyi ilə keçirilir.
Sammit bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, investorları və beynəlxalq maliyyə institutlarını bir araya gətirərək regional iqtisadiyyatın gələcək xəritəsini müəyyənləşmək məqsədi daşıyır.
Sammit çərçivəsində təşkil olunan xüsusi zonada Expressbank və "Expresspay"in birgə korporativ stendi nümayiş etdirilib. Stendi ziyarət edən yerli və xarici qonaqlara, beynəlxalq ekspertlərə bankın rəqəmsal ekosistemi, innovativ fintex həlləri və gələcək tərəfdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, "Expressbank" ASC müştərilərinə müasir və rəqəmsal bank xidmətləri təklif etməklə yanaşı, ölkəmizin beynəlxalq iqtisadi arenadakı layihələrində tərəfdaş qismində davamlı fəallığını qoruyur.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.



/ banker.az

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?