Expressbank uşaqların maliyyə savadlılığına töhfə verir

Expressbank uşaqların maliyyə savadlılığına töhfə verir®Expressbank maliyyə savadlılığının artırılması istiqamətində daha bir önəmli təşəbbüsə imza atıb. 
Bank Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə paytaxtımızda 4-cü dəfə keçirilən Uşaq Kitab Festivalı çərçivəsində "Mənim kitab daxılım" layihəsinin dəstəkçisi olaraq uşaqlarda büdcə formalaşdırma vərdişlərinin inkişafına töhfə verib.
 Expressbank bu layihə ilə uşaqlarda büdcənin yaradılmasından əlavə, həm də onun doğru sərf edilməsinə vurğu edib.
Layihə çərçivəsində festivaldan iki ay öncədən başlayaraq 50 000 ədəd xüsusi dizayn edilmiş "kitab daxılı"nın çapı və paylanması baş tutub. Həmçinin festivala qədərki müddətdə Expressbankın paytaxt ərazisində yerləşən filiallarında daxılların paylanılmasına dəstək göstərilib. Bununla bərabər paytaxt və yaxın regionların təhsil müəssisələrində paylanan bu daxıllar uşaqlarda həm kitab sevgisinin, həm də şəxsi maliyyə vərdişlərinin formalaşmasına təkan verməyi hədəfləyir. Layihənin əsas məqsədi uşaqların kiçik yaşlardan büdcə qurma bacarığını inkişaf etdirmək və onlarda pulun dəyəri barədə ilkin anlayış yaratmaqdır. 
Festivalın "Peşələr günü" çərçivəsində isə Expressbank əməkdaşı "Bankir" peşəsini təmsil edərək "Pulun yaranması və təkamülü" mövzusunda interaktiv seminarla çıxış edib. Seminar ərzində uşaqlara pulun tarixindən, onun dəyişən formalarından və müasir dövrdə maliyyənin əhəmiyyətindən bəhs olunub. Seminarın sonunda təşkil olunan kiçik viktorinada fəallıq göstərən üç uşaq Expressbank və Epay tərəfindən xüsusi hədiyyələr və təltifnamələrlə mükafatlandırılıb. 
Qeyd edək ki, Expressbank korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyətin müxtəlif yaş qruplarının maliyyə savadlılığına xüsusi həssaslıqla yanaşır və uşaqlara yönəlik təşəbbüslərlə erkən yaşlardan düzgün maliyyə vərdişlərinin təbliğinə önəm verir.  / banker.az

Banklar     Tarix: 17 aprel 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar manat kursu kripto valyuta mezennesi birbank