Expressbank yarım ildə ötən ilin yekun nəticəsini üstələyib

Expressbank yarım ildə ötən ilin yekun nəticəsini üstələyibExpressbank 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Expressbank-ın yaydığı press-relizdə bildirilir ki, Bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% yüksəldib. Belə ki, 2025-ci ilin ikinci rübündə 4,297 milyon manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7,397 milyon manata çatıb.
Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8% artaraq 12,782 milyon manata çatıb. Faiz gəlirləri və xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8% və 10.6% artım əldə olunub.
Bankın aktivləri də artım trendini davam etdirib. 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, Expressbankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7% artaraq 704,969 milyon manat təşkil edib.
Kredit portfeli 18,1 milyon manat artaraq 567,815 milyon manata yüksəlib.
Hesabat dövrünün diqqətçəkən nəticələrindən biri də depozit portfelində qeydə alınan artım olub. Müştərilərin banka olan etimadının göstəricisi kimi qiymətləndirilən depozit portfeli 40,6 milyon manat və ya 13% artaraq 352,062 milyon manata yüksəlib. Xüsusən, fiziki şəxslərin Banka yerləşdirdikləri əmanətlər 19% artım göstərərək 259,747 milyon manatdan 309,038 milyon manata çatıb.
Əldə olunan maliyyə nəticələri Expressbankın dayanıqlı inkişaf tempini və bazardakı mövqeyinin gücləndiyini bir daha təsdiqləyir. Qeyd edək ki, Bank xidmət şəbəkəsinin genişləndirilməsi və rahat bank xidmətlərini daha əlçatan etmək məqsədilə, cari ayın sonunadək 2 yeni filialının qapılarını müştərilərinə açmağı planlaşdırır.
Qeyd edək ki, "Fitch"  beynəlxalq reytinq agentliyi 2025-ci ildə  Expressbank ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib. 
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / marja.az

Banklar     Tarix: 15 iyul 2026

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler rubl mezenne depozit faizleri telefonla pul qazanmaq bu gunun xeberleri