"Expressbank" yeni VEB saytını və "ONLAYN NÖVBƏ" xidmətini təqdim edir

(®) "Expressbank" mövcud dizayn anlayışı ilə müasir rəqəmsal tendensiyalara uyğunlaşan yeni saytını təqdim edir! Bank daha keyfiyyətli və  sürətli xidmət göstərmək üçün hər sahədə olduğu kimi rəqəmsal sahədə də innovativ həlləri və modern texnoloji yenilikləri yaxından izləyərək, bu fəlsəfəni öz saytında da tətbiq etmişdir. "Expressbank" bunun bir nümunəsi olaraq müştərilərinin gözləntilərini müsbət şəkildə qarşılamaq, onların bankın məhsul və xidmətlərindən daha rahat və daha operativ şəkildə yararlanması üçün veb saytını tamamilə yeniləmişdir.
Bankın yeniliklərlə dolu internet saytı həm müasir dizaynı, həm də punktuallaşdırılmış  menyusu ilə daha əlçətan və rahat xidmət interferysini özündə cəmləşdirmişdir. Yenidən dizayn edilmiş veb sayt sayəsində siz bankın  xidmət və məhsullarını ən müasir formada izləyə, axtarış edərək rahatlıqla tapa, bank haqqında xəbərləri təqib edə və bütün yeniliklərdən xəbərdar ola bilərsiniz.
Xüsusilə qeyd etmək istərdik ki, bankın yenilənmiş saytında ən diqqət çəkən yeniliklərdən biri də, "Onlayn növbə" funksiyasının əlavə edilməsidir. Müştərilərin məhsul sifarişlərini rahat və vaxt itirmədən etməsi üçün "Onlayn növbə" funksiyası müstəsna rol oynayır. Belə ki müştəri banka gəlmədən "Onlayn növbə" funksiyası vasitəsilə xidmət almaq istədiyi "filial", "xidmət növünü", gəlmək istədiyi "tarixi" və "saat" xanalarını seçərək müraciəti üzrə müvafiq məlumatları qeyd edib, təsdiqləyir.  
Həmçinin yeni saytda olan  digər bir yenilik isə məhsullar üzrə olan "Sifariş Formaları"na aiddir. Müştərilərin rahatlığı, saytdan yararlanma prosesini və məhsul sifarişlərini minimal vaxt çərçivəsində həyata keçirməsi üçün məhsullar üzrə olan "Sifariş Formaları" da yenilənmiş və daha da təkmilləşdirilmişdir. Müştərilər məhsullar üzrə müraciət etdikdə "Sifariş Formaları" ında olan xanalara öz məlumatlarını daha rahat şəkildə qeyd edəcəklər.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına    daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 01 avqust 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri