Expressbankda yeni təyinat
Expressbank ASC-də yeni kadr təyinatı baş tutub.
Bankın Biznes bankçılıq departamentinin Mikro kreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov Biznes bankçılıq departamentinin direktor müavini vəzifəsinə təyin edilib.
Yaşar Cabarov ali təhsilini Azərbaycan Texniki Universitetində tamamlayıb.
Yaşar Cabarov maliyyə sektorunda 20 ildən çox peşəkar təcrübəyə malikdir.
O, karyerasına "Azərbaycan Dəmir Yolları" QSC-də fəaliyyət göstərməklə başlamış, 2005-ci ildən etibarən maliyyə sektorunda çalışmışdır. Bu müddət ərzində "AccessBank" QSC-də kredit mütəxəssisi, "TBC Kredit" BOKT MMC-də filial müdiri, "Yelo Bank" ASC-də isə Mikro kreditləşmə departamentinin Satışın təşkili şöbəsinin müdiri və Mikro biznes müştəriləri departamentinin meneceri vəzifələrində fəaliyyət göstərib.
2023-cü ilin oktyabr ayından Expressbank ASC-nin Biznes Bankçılıq departamentinin Mikro kreditlər şöbəsinin müdiri vəzifəsində çalışan Yaşar Cabarov mikro biznes kreditləşməsi sahəsində satış strategiyalarının inkişafı, kredit portfelinin böyüdülməsi, biznes proseslərinin optimallaşdırılması və komandanın idarə olunması istiqamətində uğurlu nəticələr əldə edib.
Yaşar Cabarovun yeni vəzifədə fəaliyyətinin Expressbankın biznes bankçılıq istiqamətində strateji hədəflərinə nail olunmasına, mikro biznes seqmentinin inkişafına və müştəriyönümlü xidmətlərin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / marja.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları