"Expressbank"ın aktivləri yarım milyardı ötüb - 2023 MALİYYƏ HESABATI

Expressbank 2023-cü ilin yekun maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabata əsasən, Bank 2023-cü ildə 12 mln. manat xalis mənfəət əldə edib, aktivlərinin həcmi isə 28% artaraq, 560,2 mln. manat təşkil edib.
Müsbət dinamika Bankın kredit portfelində də əksini tapıb. Belə ki, Expressbank ötən il ərzində müştərilərinə 409,3 mln. manat kredit verib. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.8% artım deməkdir. Ümumi portfelin kredit növlərinə görə göstəriciləri aşağıdakı kimidir: 
- istehlak kreditləri 18.8% artım ilə 189.4 mln. manat;
- biznes kreditləri isə 18.3% artım ilə 113.4 mln. manat;
- daşınmaz əmlak kreditləri 154% artım ilə 106.5 mln. manat.
Depozit portfeli
Ötən il müştərilərinin "Expressbank"a əmanət etdikləri məbləğ 19% artaraq, 230.4 mln. manat təşkil edib. Portfelin 152.2 mln. manatını fiziki şəxslərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Faiz və qeyri-faiz gəlirləri
Bankın faiz gəlirləri 19.5% artaraq, 57.7 mln. manata yüksəlib. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri və ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri təşkil edib. Qeyri-faiz gəlirləri isə 18.9 mln. manata çatıb.
Həmçinin hesabat dövründə Bankın əməliyyat mənfəəti də 16% artaraq 18.5 mln. manat təşkil edib. 
Bankın 2023-cü ildə daha bir uğuru isə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən reytinqinin bir daha "B" səviyyəsində təsdiqlənməsi və reytinq proqnozunun "Stabil"dən "Pozitiv"ə yüksəldilməsidir.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. 2024-cü ildən isə filial şəbəkəsini genişləndirəcək.
Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz. / marja.az

Banklar     Tarix: 16 yanvar 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri