Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub®Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb.
Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən
VI Autizm Festivalında sponsor qismində çıxış edərək inklüziv cəmiyyətə dəstəyini nümayiş etdirib.  
Festivalın əsas məqsədi autizm spektrində olan fərdlərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və ictimai maarifləndirməni artırmaq olub.
Tədbir boyu autizm spektrli uşaq və gənclərin müxtəlif əl işləri nümayiş etdirilib, onların yaradıcılıq potensialını və bacarıqlarını ön plana çıxaran müxtəlif fəaliyyətlər həyata keçirilib. Şəhər sakinlərinin və qonaqların böyük maraq göstərdiyi festivalda rəngarəng proqramlar vasitəsilə autizmlə bağlı məlumatlılığın artırılması diqqət mərkəzində saxlanılıb.
Expressbank hər bir fərdin cəmiyyətdə bərabərhüquqlu və aktiv iştirakını dəstəkləməklə yanaşı, daha həssas və qayğıkeş mühitin formalaşmasına xidmət edən bu təşəbbüsə qoşulmaqla sosial məsuliyyət sahəsindəki ardıcıl fəaliyyətini növbəti addımı ilə möhkəmləndirib. Bank bu kimi layihələrə dəstək olmağı sadəcə xeyirxahlıq missiyası kimi deyil, həm də gələcək nəsillərə ötürüləcək daha bərabərhüquqlu və inklüziv mühitin təməllərini qoymaq olaraq qiymətləndirir.
Qeyd edək ki, Expressbankın təşəbbüsü ilə aprel ayında "Autizm Maarifləndirmə Aylığı" ilə əlaqədar olaraq Azərbaycan Autizm Assosiasiyasının mütəxəssis heyətinin dəstəyilə Bankın əməkdaşları üçün "Autizmli şəxslərlə davranış etikası" mövzusunda təlim keçirilmişdir. Bank bu addımı ilə inklüziv cəmiyyətin qurulmasına töhfə verməyə və autizm spektrində olan fərdlərə qarşı daha həssas yanaşmanın təşviqinə, ilk növbədə, daxildən başladığını ifadə edir.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutubExpressbankın dəstəyilə VI Autizm Festivalı baş tutubExpressbankın dəstəyilə VI Autizm Festivalı baş tutubExpressbankın dəstəyilə VI Autizm Festivalı baş tutubExpressbankın dəstəyilə VI Autizm Festivalı baş tutubExpressbankın dəstəyilə VI Autizm Festivalı baş tutubExpressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub/ banker.az

Banklar     Tarix: 06 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler