"Expressbank"ın əməliyyat mənfəəti sabit qalıb

31 mart 2025-ci il tarixində "Expressbank" 607 milyon 55 min manat cəmi aktivlərə, o cümlədən 499 milyon 534 min manat kredit portfelinə malik olub.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk rübündə "Expressbank" biznes kreditləri portfeli 3 milyon 780 min manat artaraq 169 milyon 142 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 72 min manat artaraq 116 milyon 684 min manata yüksəlib. Bankın istehlak kreditləri portfeli isə 9 milyon 278 min manat azalaraq 213 milyon 708 min manata düşüb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Expressbank"da fiziki şəxslərin depozitləri 16 milyon 350 min manat artaraq 31 mart 2025-ci il tarixində 218 milyon 669 min manat təşkil edib.
31 mart 2025-ci il tarixində "Expressbank" 137 milyon 326 min manat məcmu kapitala malik olub. 
"Expressbank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 3 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 976 min manat və ya 28,7% azalıb.
Bankın xalis mənfəətinin azalması mümkün zərərlər üzrə yaradılan ehtiyatlara ayırmanın artması ilə əlaqədardır. İlk rübdə "Expressbank"ın xərcləri, o cümlədən depozitlər üzrə faiz xərcləri, əməkhaqqı xərcləri də artıb. 
2025-ci ilin 1-ci rübündə 2024-cü ilin 1-ci rübü ilə müqayisədə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 565 min manat və ya 17,7% artaraq 23 milyon 736 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 3 milyon 560 min manat və ya 23,5% artaraq 18 milyon 690 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ SABİT QALIB
"Expressbank"ın gəlirlərdəki artım xərclərindəki artımdan cəmi 5 min manat artıq olduğu üçün bankın əməliyyat mənfəəti də bir o qədər artaraq 5 milyon 45 min manat təşkil edib (2024-cü ilin 1-ci rübüdə əməliyyat mənfəəti 5 milyon 40 min manat təşkil etmişdi). Bank ilk rübdə əməliyyat mənfəətindən 2 milyon 8 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (2024-cü ilin 1-ci rünbündə 612 min manat ayrımışdı). Ehtiyata ayırmanın artması "Expressbank"ın xalis mənfəətinin düşməsinə səbəb olub.

Banklar     Tarix: 16 aprel 2025

Oxşar xəbərlər

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti birbank