Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR®"Expressbank" ASC, biznes sahibləri və hüquqi şəxslərə təqdim olunan rəqəmsal xidmətlərin rəngarəngliyini artırmaq, eləcə də, gündəlik maliyyə əməliyyatlarının daha sürətli və rahat həyata keçirilməsini təmin etmək məqsədilə İnternet Bankçılıq platformasında növbəti yenilikləri istifadəyə verib.
Toplu Büdcə Ödənişləri
Bu xidmət vasitəsilə biznes müştəriləri bir neçə büdcə ödənişini ayrı-ayrılıqda həyata keçirmək əvəzinə, onları vahid əməliyyat çərçivəsində toplu şəkildə icra edə biləcəklər. Yeni funksiya əməliyyat vaxtına əhəmiyyətli dərəcədə qənaət edilməsinə, istifadə rahatlığının artırılmasına və ödəniş proseslərinin optimallaşdırılmasına geniş imkan yaradır.
Onlayn POS Terminal Sifarişi
Biznes müştərilərinin vaxt məhdudiyyəti nəzərə alınaraq, xidmətə əlçatanlığın təmin olunması məqsədilə POS terminal əldə etmək prosesi tam rəqəmsallaşdırılıb. Biznes nümayəndələri artıq bank filialına müraciət etmədən, birbaşa İnternet Bankçılıq üzərindən elektron qaydada POS terminal sifarişini formalaşdıra və tələb olunan məlumatları rəqəmsal sistem vasitəsilə təqdim edə biləcəklər.
Yeni ödəniş istiqamətləri
Platformanın "Ödənişlər Mərkəzi" bölməsinə yeni ödəniş kateqoriyaları və xidmət təminatçıları əlavə edilmişdir. Bunun nəticəsində istifadəçilər daha geniş spektrdə ödəniş əməliyyatlarını İnternet Bankçılıq platforması vasitəsilə rahat, sürətli və tam təhlükəsiz şəkildə həyata keçirmək imkanı qazanıblar.
"Expressbank" rəqəmsal kanallardan istifadənin daha da genişlənməsinə və sahibkarların maliyyə partnyoru olaraq onların iş proseslərinin asanlaşdırılmasına xidmət edən innovativ həllərin tətbiqini gələcəkdə də davam etdirəcəkdir.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

Banklar     Tarix: 17 iyun 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne leobank kart biznes ideyalari