Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
Yanğın xəbəri oxuyuruq, başımızı bulayıb keçirik. Qaz partlayışı görürük, "dəhşətdir" deyib unuduruq. Subasma, oğurluq, qəza hər dəfə hadisə başqasının həyatında baş verirmiş kimi qəbul olunur. Bəs niyə faciələrdən nəticə çıxarmaq əvəzinə, onları sadəcə xəbər kimi oxuyub yan keçirik?
Psixoloqlar bunu "Mənə heç nə olmaz" sindromu adlandırır. İnsan riskin mövcudluğunu qəbul etsə də, onu öz həyatı ilə əlaqələndirmir. Elə buna görə də qonşunun evi yananda biz nə edirik? Çalışırıq kömək edək, hər cür dəstək göstərək, amma öz evimizdə nələrin baş verəcəyinə fikir vermirik, ev sığortası haqqında düşünmürük.
Araşdırmalar göstərir ki, sığorta mədəniyyətinin zəif olduğu ölkələrdə risk daha çox tale kimi qəbul edilir, idarə olunan məsələ kimi yox. Halbuki risk qaçılmazdır, hazırlıqlı olmaq isə seçimdir.
Faciə xəbərləri əslində xəbərdən çox bizlər üçün "arifə bir işarə" kimi siqnal olmalıdır. Əslində hər yanğın xəbəri elektrik təhlükəsizliyi barədə düşünmək üçün səbəbdir. Hər qəza xəbəri avtomobil sığortasını yenidən gözdən keçirmək üçün çağırışdır.
Məsələ qorxu ilə yaşamaq deyil, ehtimalı qəbul etməkdir. Çünki hadisə qapını döymədən gəlir.
Bəzən bir xəbər sadəcə informasiya deyil, gələcək zərərin qarşısını almaq üçün xəbərdarlıqdır. Onu necə oxumaq isə bizim seçimimizdir.
/ marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət