FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED gözlənildiyi kimi faizlərini 0,25 faiz bəndi də artıraraq 5,25% - 5,50% aralığına çatdırıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
FED inflyasiya ilə mübarizə çərçivəsində faizlərini artırıb. Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri (son 22 ildə) ən yüksək səviyyəyə qalxıb.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar da 0,25 bəndlik artım gözləyirdilər.
FED yaydığı press-relidə inflyasiyanın azaldılması məqsədilə əlavə sərtləşdirmə tədbirinin qiymətləndiriləcəyi bildirilib.
"Gələcək addımlar artırılan faizlərin təsirindən, iqtisadi və maliyyə proseslərindən asılı olacaq", - press-relizdə deyilir.
İnflyasiyanın yüksək qalmaqda davam etdiyi bildirilib və "Son göstəricilər iqtisadi aktivliyin mülayim genişlənməsinə işarə edir" kimi qiymətləndirmə aparılıb.
Rəsmilər inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bir daha bəyan ediblər.
Bir daha vurğulanıb ki, ABŞ bank sistemi möhkəm və dayanıqlıdır.

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları