FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) 2024-cü ilin ilk faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED-in faiz dəhlizində dəyişiklik etmədi və 5,25% - 5,50% aralığında sabit saxladı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Fed sonuncu dəfə 2023-cü ilin iyulunda faiz artırıb və son 4 iclasda pauza verib.
FED faizin artırılmasının sona çatdığına, lakin faiz dərəcələrini azaltmağa hazır olmadığına işarə edib.
Bankın press-relizində, "İnflyasiya nəzarət altına alınana qədər faiz dərəcələri artırıla bilər" ifadəsi çıxarılıb. Bununla belə, rəsmilər inflyasiyanın hələ də bankın 2 faizlik hədəfinin üzərində olduğunu bildirərək, hələlik faiz dərəcələrinin aşağı salınması planının olmadığı mesajını veriblər.
FED-in açıqlamasında deyilir: "Komitə inflyasiyanın davamlı olaraq 2 faiz hədəfinə qədər azaldığına əmin olana qədər faiz endiriminin məqsədəuyğun olacağını gözləmir".
"Məşğulluq artımları ötən ilin əvvəlindən yavaşlasa da, güclü olaraq qalır. Ötən il inflyasiya yumşalsa da, yüksək olaraq qalır",- FED qeyd edib.
İqtisadi vəziyyətin qeyri-müəyyən olduğu və FED-in inflyasiya risklərinə qarşı son dərəcə diqqətli olmağa davam etdiyi vurğulanıb.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?