FED mart ayında faiz endirimini gözləmir
Dünən ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) yanvar toplantısında faizlərini 5,25-5,5% aralığında sabit saxlayıb. FED ardıcıl 4-cü iclasda da faiz dərəcələri dəyişdirilməyib və 22 il ərzində ən yüksək səviyyədə qalıb.
Marja.az-ın məlumatına görə, FED faiz endiriminə açıq olduğuna işarə edib, lakin endirim dərhal baş verməyəcək. İdarə Heyətinin sədri Jerome Powell, mart ayında uçot dərəcəsinin endirilməsi gözləntiləri ilə bağlı da danışıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İdarə Heyətinin sədri Jerome Powell faiz qərarından sonra təşkil edilən mətbuat konfransında deyib: "Faiz dərəcələri yəqin ki, pik nöqtəsindədir və hesab edirik ki, iqtisadiyyat gözlənildiyi kimi davam edərsə, bu il faizlərin azaldılmasına başlamaq məqsədəuyğun olar".
Powell, mart ayında faiz endirimini gözləmədiklərini və FED-in mart ayına qədər faiz endirimi üçün kifayət qədər inamının olmayacağını bildirib.
Powell inflyasiyanın yavaşladığını, lakin hələ də yüksək olduğunu söyləyib.
Faiz dərəcələrinin məhdudlaşdırıcı səviyyədə olduğunu bildirən Powell, "Biz sərt pul siyasətinin inflyasiya üzərində təsirini görürük" deyib.
Pauellin çıxışında diqqət çəkən başlıqlar:
- Biz faiz dərəcələrinin daha da artacağını proqnozlaşdırmırıq. Ola bilsin ki, pik həddə çatıb.
- Komitə inflyasiya davamlı olaraq 2 faiz hədəfinə çatana qədər faiz dərəcələrinin azaldılmasına başlamaq istəmir.
- Bu il nə vaxtsa monetar sərtləşdirmədən geri çəkilmək məqsədəuyğun ola bilər.
- Pul siyasəti komitəsinin demək olar ki, hər bir iştirakçısı bu il uçot dərəcəsinin aşağı salınmasının məqsədəuyğun olacağını düşünür. Faizlərin azaldılması vaxtı inflyasiyaya olan inamdan asılı olacaq.
- Pul siyasəti ilə bağlı çox erkən və ya gec tədbirlər görməmək üçün "risklərin idarə edilməsi" rejimindəyik.
- Ən böyük risk inflyasiyanın 2 faizdən yuxarı səviyyələrdə sabitləşməsidir.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?