"Fitch": "Azərbaycanın daxil olduğu regionda borc səviyyəsi pandemiyadan əvvəlki dövrdən azdır"

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın daxil olduğu Şərqi Avropa regionunda borc səviyyəsinin ümumi daxil məhsula (ÜDM) nisbətinin bu il 9,1 % olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" məlumat yayıb.
Həmçinin bildirilir ki, bu borc səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə (2019-cu il) azdır.
Bundan başqa, bu il regionda hökumətlərin faiz xərclərinin ÜDM-yə nisbəti 2019-cu illə müqayisədə 0,05 % artıb.
"Yüksək borc, tənəzzül riskləri artdıqca ölkələri çətin seçimlərlə üz-üzə qoyur. Koronavirus"COVID-19" pandemiyasının dövlət maliyyəsinə vurduğu zərəri hələ də çox az ölkə tərsinə çevirə bilib. 2022-2023-cü illərdə qlobal artım yavaşladıqca, dövlət borcunun ÜDM-yə nisbətinin yüksək səviyyələri bir çox ölkəni iqtisadi artımı və əhalinin həssas təbəqələrini dəstəkləmək üçün daha az maliyyə çevikliyi ilə qarşılaşdıra bilər", - məlumatda deyilir.
"Fitch", bu ilin sonuna reytinq portfelindəki 119 suveren ölkədən yalnız 20-də dövlət borcunun ÜDM nisbətlərinin 2019-cu il səviyyəsində və ya daha aşağı olacağını proqnozlaşdırır.
"Şərqi Avropada borcun ÜDM-yə nisbəti, bu il qismən Rusiya-Ukrayna münagişəsinin nəticələri ilə əlaqəli büdcənin azalmasını əks etdirir. Bununla belə, borcun ÜDM-yə nisbəti region ölkələrinin üçdə birində 2015-2019-cu illərin ortalamasından daha azdır.
Bir çox ölkədə inflyasiyanın son sürətli artımı, xüsusilə də əmtəə ixracatçıları üçün nominal ÜDM səviyyələrini artıraraq və fiskal gəlirləri xərclərdən daha sürətli qaldıraraq başlanğıcda borc/ÜDM nisbətini aşağı sala bilər.
Bununla belə, vergilərin artırılmasını və ya dövlət xərclərinin azaldılmasını tələb edən struktur fiskal konsolidasiya səyləri, ev təsərrüfatlarının və müəssisələrin inflyasiya ilə bağlı gəlir təzyiqləri ilə üzləşdiyi yerlərdə sosial və siyasi çəkişmələr yaradacaq.
Əslində, əksər ölkələr qiymət artımının ev təsərrüfatlarına və biznesə təsirinin bir hissəsini kompensasiya etmək üçün artıq maliyyə siyasətini yüngülləşdirib.
Eyni zamanda, yüksək inflyasiya həm də nominal faiz dərəcələrini artırır, suveren borclanma xərcləri artırır, eləcə də bəzi inkişaf etməkdə olan bazarlarda valyuta məzənnəsinin zəifləməsinə səbəb olur ki, bu da xarici valyutada olan borcla bağlı ödəniş yüklərini artırır.
Daha yüksək faiz dərəcələrinin borclanma xərclərinə təsiri, faiz artımlarının sürəti və miqyası, borcun müddəti və borcun dəyişkən məzənnələr və ya xarici valyuta ilə ifadə olunan inflyasiya ilə indeksləşdirilmiş nisbəti kimi amillərdəki dəyişiklikləri əks etdirəcək şəkildə dünyada fərqli sürətlərdə dəyişəcək", - "Fitch" bildirir.

Maliyyə     Tarix: 30 iyul 2022

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari