"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
"Fitch Group"a aid olan "Fitch Solutions" (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2,6% müəyyən edib.
FS 2025-ci ildə isə Azərbaycanda iqtisadi artım proqnozunu 3,3%-dən 2,8%-ə endirib, 2026-cı il üzrə 3,2%, 2027-ci il üzrə isə 3,1% iqtisadi artım müəyyən edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Fitch Solutions" 2024-cü il üzrə nominal ümumdaxili məhsulun (ÜDM) 98,7 mlrd. dollara, 2025-ci ildə isə 107,7 mlrd. dollara, 2026-cı ildə 117,6 mlrd. dollara, 2027-ci ildə isə 128 mlrd. dollara çatacağını proqnozlaşdırıb.
"Daha güclü neft sektorundan əldə edilən mənfəət ev təsərrüfatlarının istehlakının 2023-cü ildəki 3.0%-dən illik 4.0%-ə yüksəlməsinə töhfə verəcək. İnflyasiyanın yavaşlaması və aşağı faiz dərəcələri də istehlakçı xərclərini gücləndirəcək" - "Fitch Solutions" qeyd edib.
FS əlavə edib ki, iqtisadi artımla bağlı əsas risk neftin qiymətinin dəyişməsidir. Bu amil şirkətin proqnozlarına da təsir göstərəcək.
© APA / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?