"Fitch Solutions" qarşıdakı on il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Qarşıdakı on illik dövr ərzində Azərbaycanda iqtisadi artım orta hesabla 2,9% təşkil edəcək.
Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.
Qeyd edilib ki, 2033-cü ilədək olan növbəti on illik proqnoz dövründə iqtisadiyyatın 2012-2022-ci illərdəki 1,7%-dən orta hesabla 2,9%-dək artacağı müəyyən edilib.
"Proqnoz dövründə Azərbaycanın artım profilinin daha sabit olacağını gözləyirik. Ölkənin geniş enerji ehtiyatları, xüsusilə də qaz, növbəti onillikdə əsas artım drayveri olaraq qalacaq, xüsusilə də Avropa Azərbaycan enerjisini daha çox istehlak edəcək. 2005-ci ildən bəri neft gəlirləri ÜDM-in təxminən 30%-ni və son illərdə dövlət gəlirlərinin 75%-dən çoxunu təşkil edir. İnanırıq ki, hasilatın azalmasına baxmayaraq qiymətlərin sabit qalması fonunda neftin ÜDM-ə töhfə vermə faizi bizim 10 illik proqnozumuz boyunca yüksək olaraq qalacaq", - FS əlavə edib.
Xatırladaq ki, "Fitch Solutions" 2025-ci il üzrə Azərbaycanda 2,6% iqtisadi artım proqnozlaşdırıb.
© APA / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?