Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 2%-azalıb

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 2%-azalıbOktyabrın sonuna bankların aktivləri 49,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.
O qeyd edib ki, kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın artaraq 20,6 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,1 milyard manat səviyyəsinə yüksəlib.
"O cümlədən, biznes kreditləri 19,4 faizlik artımla 14,6 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21 faiz olub. Depozit portfeli isə təqribən 4 faizlik artım ilə 34,4 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26 faiz artaraq 8,3 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34 faiz təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz bəndi azalıb. Digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1,7 faiz təşkil etməkdədir. Bank sektorunun cəmi balans kapitalının həcmi isə 9 faiz artaraq 6,4 milyard manat səviyyəsinə yüksəlib. Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3,2 milyard manat, mənfəətin həcmi isə 913,7 milyon manat təşkil edir", – deyə ABA sədri əlavə edib. / banker.az

Banklar     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi