FMO Bank Respublika əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirdi
®Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, "Yaşıl Dünya üçün Həmrəylik İli" çərçivəsində silsilə tədbirləri davam etdirir.
Belə ki, Niderland İnkişaf Bankı (FMO) ilə əməkdaşlıq çərçivəsində təşkilatın ekspertləri tərəfindən "Bank Respublika"nın əməkdaşları üçün yaşıl maliyyə mövzusunda iki günlük seminar keçirilib.
Seminar zamanı FMO-nun ekspertləri yaşıl maliyyə layihələrinin həyata keçirilməsi üzrə təcrübələrini bölüşüb, bank sferasında bu sahənin inkişaf perspektivlərini müzakirə ediblər. İştirakçılar yaşıl layihələrin dəstəklənməsi üçün müasir alətlər və mexanizmlər, eləcə də onların Azərbaycanın maliyyə sektorunun inkişafındakı rolunu nəzərdən keçiriblər.
Yaşıl maliyyə bu gün sosial və ekoloji landştafı yaxşılaşdıran təşəbbüsləri dəstəkləməyə yönəlmiş bir sıra tədbirləri və alətləri əhatə edir. Bu konsepsiyaya əsasən banklar və maliyyə institutları davamlı inkişafın təşviqində əsas rol oynayır.
Seminar gələcəkdə "Bank Respublika"nın fəaliyyətində eləcə də bütövlükdə Azərbaycanın maliyyə bazarında ekoloji cəhətdən məsuliyyətli həllərin tətbiqinə yönəlmiş bilik və təcrübə mübadiləsində mühüm addım olmuşdur.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət