"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır.
"Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırdı - VİDEO
FED.az xəbər verir ki, yarış dövründə ölkəyə çoxsaylı xarici qonaqların, xüsusilə də imkanlı və pul xərcləməyə hazır turistlərin gəlməsi Bakı restoranlarında müştəri sayının və xərclənən vəsaitlərin kəskin artmasına səbəb olur.
Bununla bağlı aparılan yeni araşdırma xarici turistlərin yarış ərəfəsində və həftəsonu Bakıda pulu nəyə və nə qədər xərclədiyini göstərir. Araşdırmadan aydın olur ki, belə yarışlar Bakı iqtisadiyyatına böyük təsir göstərir.
Araşdırmada bildirilir ki, "Formula-1" yarışları hər il Bakıda keçirilsə də, onun iqtisadi təsirləri yarış trekindən kənarda da hiss olunur. Araşdırmaya görə, yarış ərəfəsində və yarışdan sonra xarici turistlərin Bakıda xərclədiyi məbləğlər kəskin artır. Bu artım təkcə restoranlarda deyil, mağaza və otellərdə də müşahidə edilir.
Araşdırma göstərir ki, turistlərin aktivliyi və xərclərindəki artım yarışdan bir neçə gün əvvəl başlayır.
Məsələn, yarışa hələ 3 gün qalmış xaricilərin restoranlarda yeməyə sərf etdiyi vəsait adi günlərlə müqayisədə 65% daha çox olub. Alış-veriş xərclərində isə artım 30%-ə çatıb.
Sonrakı 5 gündə – yarışların başladığı və başa çatdığı dövrdə restoranlarda yeməyə sərf edilən vəsait 170% artıb. Mağazalarda isə 94% və ya təxminən 2 dəfə artıq vəsait xərclənib.
Araşdırma göstərir ki, restoranlarda ən böyük gəlir artımı yarış günü qeydə alınıb. Həmin gün gəlirlər adi günlərlə müqayisədə 231% çox olub, yəni 3 dəfədən çox artıb.
Mağazalarda isə ən güclü artım yarışdan bir gün əvvəl qeydə alınıb. Həmin gün mağazaların gəlirləri adi günlərlə müqayisədə 154% çox olub, yəni 2,5 dəfədən artıq səviyyəyə yüksəlib.
Turistlərin yüksək xərcləri yarışlardan sonra da davam edib. Belə ki, ilkin yarışlardan sonra restoranların gəlirləri adi günlərlə müqayisədə 147% və ya təxminən 2,5 dəfə çox olub. Mağazalarda isə dövriyyə adi günlərin göstəricisini 83% üstələyib.
Ən çox pul xərcləyən türklər olub
Araşdırma göstərib ki, "Formula-1" yarışları ərəfəsində və yarış dövründə ən çox pul xərcləyənlər Türkiyə vətəndaşları olub. Bütün xərclərin dörddə biri – 25%-i türkiyəli turistlərin payına düşüb.
İkinci yeri britaniyalılar – 14%, sonrakı yerləri isə Qazaxıstandan olan turistlər – 11% və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər – 6% tutub.
Turistlərin pullarını hansı istiqamətlərə xərcləməsi də ölkələrdən asılı olaraq fərqlənib.
Britaniya, BƏƏ və Almaniyadan gələn turistlər pullarını daha çox restoranlarda xərcləyiblər. Səudiyyə Ərəbistanından gələn turistlərin xərclərində otellər daha böyük paya malik olub. Belarus, Qazaxıstan və Gürcüstandan gələn turistlər isə daha çox mağazalarda, xüsusilə geyim alışına pul xərcləyiblər.

Biznes     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu


iqtisadi xeberler en son xeberler valyuta xeberleri online pul qazanmaq bank faizleri