Fransanın sement nəhəngi "İŞİD-ə yardım" cinayətini qəbul etdi - 778 MİLYON DOLLAR CƏRİMƏ ÖDƏYƏCƏK
ABŞ-da məhkəmədə, Fransanın sement nəhəngi Lafarge, Suriyada zavodunun fəaliyyətini davam etdirməsi üçün terror təşkilatı İŞİD-ə pul ödədiyini qəbul edib.
FED.az xəbər verir ki, Lafarge şirkəti 777,8 milyon dollar cərimə ödəyəcək.
Şirkətin 2013-cü ilin avqust ayından 2014-cü ilin oktyabr ayına qədər İŞİD-ə təqribən 17 milyon dollar ödədiyi bildirilir.
2015-ci ildə İsveçrədə yerləşən Holcim tərəfindən satın alınan Lafarge-nin yaydığı məlumatda, "Lafarge və Lafarge Cement Suriya, davranışları Lafarge-ın davranış kodeksini açıq şəkildə pozan müvafiq menecerlərinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Biz bu davranışa görə çox kədərlənirik və bu problemi həll etmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə işləmişik",- deyilir.
2018-ci ildə Fransada da Lafarge, İŞİD-ə etdiyi ödənişlər ilə insanlığa qarşı cinayətlərin ortağı olmaqda ittiham olunub. Lafarge Fransada davam edən istintaqda Fransa hakimiyyəti ilə əməkdaşlığa davam etdiyini bildirib.
Qeyd edək ki, İsveçrənin Holcim şirkəti "Holcim Azərbaycan" ASC-nin də əsas səhmdarıdır. (Marja)

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?