"FTX" kriptobirjasının təsisçisi 25 il həbs cəzasına məhkum edilib
Nyu-York federal məhkəməsi Sem Bankman-Fridi 25 il həbs cəzasına məhkum edib. O, Baham adalarında yerləşən kriptovalyuta birjası "FTX"in operatoru olan "FTX Group"un qurucusu və baş direktoru olub.
Şirkət 11 noyabr 2022-ci ildə müflis olduğunu elan edib. Eyni zamanda, Sem Bankman-Frdin baş direktor vəzifəsindən istefa verəcəyi açıqlanıb.
2022-ci ilin dekabrında Sem Bankman-Frid ABŞ-ın tələbi ilə Baham adalarında saxlanılıb. O, birjaya ümumilikdə 1.8 milyard dollar sərmayə qoyan "FTX" investorlarını aldatmaq üçün bir sxem təşkil etməkdə ittiham edilib.
Ümumilikdə Sem Benkman-Frid maksimum 115 il həbs cəzası nəzərdə tutan yeddi ittiham üzrə təqsirli bilinib. Eyni zamanda, prokurorluq "FTX"in təsisçisinə 40 ildən 50 ilədək həbs cəzası istəyib.
Uzun müddətdir kriptovalyuta birjasının çökməsində və müştəri vəsaitlərinin mənimsənilməsində günahını inkar edən Bankmen-Frid bu gün etdiyi hərəkətlərdən təsirlənən hər kəsdən üzr istəyib. / banker.az
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
Bitcoin bahalaşdı
Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u
"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb
Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i
"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
Bitcoin dəyər itirdi
Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB