"FTX" və "Alameda"nın qurucusu çox milyonluq köçürmələri emoji ilə təsdiq edirdi

İflasdan sonra "FTX" kriptovalyuta birjasını idarə edən komanda təsisçi Sem Benkman-Frid tərəfindən maliyyə nəzarəti və mühasibat uçotu haqqında ətraflı hesabat dərc edib. Hesabatdan məlum olub ki, "FTX Group"da maliyyə əməliyyatları "Slack" messencerində yazışmalar şəklində aparılıb, müəyyən ödənişlərin və köçürmələrin təsdiqi isə emojilər vasitəsilə olub, "The Wall Street Journal" sənədə istinadən yazır.
"FTX Group-un uğursuzluğu yeni yaranmaqda olan sənayeyə vurduğu misli görünməmiş zərər miqyasında yeni olsa da, onun əsl səbəbləri məlumdur: təkəbbür, bacarıqsızlıq və xəsislik", – deyə şirkətin icraçı direktoru Con J. Rey III bildirib.
"Bəzən gözdən qaçırdığımız 50 milyon dollar dəyərində aktivlər tapırıq: həyat budur", – deyə keçmiş kriptomilyarder yazıb. Benkman-Fridin sözçüsü bununla bağlı şərh verməkdən imtina edib. "FTX Group"da maliyyə əməliyyatları "Slack" mesajlaşma xidməti vasitəsilə həyata keçirilib, köçürmələr isə emoji simvollarından istifadə etməklə təsdiqlənib.
Başqa sözlə desək, kriptobirja on milyonlarla dollar dəyərində köçürmələri təsdiqləmək üçün qeyri-rəsmi mesajlaşma sistemlərindən istifadə edib.
Kriptovalyuta birjası və onunla əlaqəli şirkətlər kripto aktivlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi nəzarətə malik deyildilər. Benkman-Fridin şirkətləri çoxfaktorlu autentifikasiya tətbiq etməyiblər. Hesabatda deyilir ki, onlar, həmçinin, demək olar ki, bütün kriptovalyutaları internetə qoşulmayan pul kisələrində ("soyuq" pul kisələri) saxlayıblar. "FTX" kriptovalyutaları qorumaq üçün kriptoqrafiyada ümumi bir təcrübə olan kriptovalyuta əməliyyatlarını təsdiqləməyi bir neçə nəfərdən tələb etmirdi.
2022-ci ilin əvvəlində 32 milyard dollar dəyərində qiymətləndirilən "FTX" kriptobirjası noyabr ayında çöküb. Noyabrın 11-də onun təsisçisi Benkman-Frid birjanın rəhbəri vəzifəsindən istefa verib. On gün sonra o, Baham adalarından Nyu-Yorka ekstradisiya edilib. Səlahiyyətlilər onu fırıldaq yolu ilə investorlardan 1.8 milyard dollar toplamaqda və "FTX"in fondlarından istifadə etməkdə ittiham ediblər.
Benkman-Frid özü saxtakarlıq və kampaniyanın maliyyələşdirilməsi qanununun pozulması da daxil olmaqla, səkkiz ittihamın heç birinə görə özünü təqsirli bilməyib. O, oktyabrda məhkəmə qarşısına çıxacaq. Sonuncu dəfə "Forbes" 30 yaşlı sahibkarın kapitalını 2022-ci ilin sentyabr ayının sonunda qiymətləndirmişdi – o dövrdə sahibkarın sərvəti təxminən 17.2 milyard dollar idi. Dekabrda "FTX"nin dağılmasından sonra "Forbes"ə görə Benkman-Fridin sərvəti sıfıra enib. / banker.az

Kriptovalyuta     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"


iqtisadi xeberler iqtisadiyyat xeberleri emlak xeberleri valyuta mezennesi internetden pul qazanmaq