Gələn ilin buraxılış və qəbul imtahanların tarixləri açıqlandı - QRAFİK

Gələn ilin buraxılış və qəbul imtahanların tarixləri açıqlandı - QRAFİK2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.
2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramlarının tam mətni yaxın günlərdə "Abituriyent" jurnalının xüsusi buraxılışlarında dərc olunacaq. Qəbul imtahanı proqramları isə "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc olunacaq.
Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.
Digər imtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
İmtahanların qrafiki Mərkəzin saytının "Təqvim" bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
İmtahanın adı
Tarix
Magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı
29 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)
12 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı
19 fevral
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə sınaq imtahanı
19 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)
19 fevral
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona
Peşə liseylərinin buraxılış imtahanı
5 mart
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona
Peşə liseylərinin buraxılış imtahanı
12 mart
Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı
13 mart
• Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
• Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);
• Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik);
• Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
• Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
2 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona
9 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona
16 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona
30 aprel
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd))
7 may
• əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
• kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik);
• müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik);
• Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
• eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik)
14 may
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd)
14 may
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd)
20 may
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd)
21 may
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan
21 may
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan
3 iyun
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd)
3 iyun
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd)
4 iyun
Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd)
11 iyun
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd))
18 iyun
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd)
8 iyul
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd)
9 iyul
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan
9 iyul
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd)
16 iyul
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd)
22 iyul
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd)
23 iyul
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan
23 iyul
Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ)
13 avqust / marja.az

Maraqlı     Tarix: 14 dekabr 2022

Oxşar xəbərlər

İxtira müəlliflərinə patentdən əldə edilən gəlirin yarısı çatacaq

Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş xərclər çıxıldıqdan sonr

"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib

Ötən ilin dekabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 25,2 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatında verilən məlumata görə, bu, noyabr ayına nisbətən 0,24 fai

İqtisadiyyatda nəsə dəyişib- Rəqəmlər əvvəlki kimi deyil

Rəqəmlər həddindən artıq böyüyüb. Bir müddət əvvəl Nvidia tarixdə ilk dəfə olaraq 5 trilyon dollarlıq kapitallaşmaya malik şirkət kimi başlıqlara çıxdı. Bir həftə sonra isə Tesla səhmdarları Elon Maska 10 il ərzində təxminə

Wolt-dan 60%-dək Endirimlə Black Friday-də Daha Sərfəli və Sürətli alış-veriş edin - Sizin üçün Hər Şey Wolt-da!

Black Friday Azərbaycana gəlir və bu il Wolt ilə daha sürətli və daha sərfəli. olacaq!. 10 noyabr – 1 dekabr tarixləri arasında evdən çıxmadan yüzlərlə mağazada. böyük endirimlərdən yararlana bilərsiniz!. Black Friday üçü

Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb

Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetində 2025–2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb. "Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi"

Qlobal iqtisadiyyat rüsumlara uyğunlaşır

2026-cı ildə qlobal ÜDM artımı bir qədər zəifləyəcək. BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) ekspertlərinin proqnozuna görə, dünya iqtisadiyyatı 2026-cı ildə 2025-ci ildəki 2,8%-dən sonra 2,7% artacaq. Artımın zəifləməsin

Təhsildən kənarda qalan uşaqlar

Uşaqların təhsildən kənarda qalması problemi Azərbaycanın sosial inkişaf gündəliyində mühüm yer tutur. Cəmiyyətin gələcək intellektual və iqtisadi potensialı birbaşa erkən yaş dövründə uşaqlara göstərilən diqqət və təhsi

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndərilib

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Bu gün, 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkis

Ən çox gəlir gətirən filmlər

Günümüzün insanının ən sevdiyi məşğuliyyətlərdən biri film izləməkdir. Filmlər artıq həyatımızın bir parçası olmuş, bəzən reallıqlardan uzaqlaşmaq üçün, bəzən də reallığı yaşaya bilmək üçün asudə vaxtlarımız da ilk seçimlərdə


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri kicik biznes dollar manat kursu