Gəncədə ət, süd və yumurta istehsalı kəskin artıb
2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində 64,5 ha əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 34,5 hektar tərəvəz bitkiləri, 1 hektar yem bitkiləri) aparılmışdır. 2024-cü il yanvar ayının 1-nə kimi tarlalardan 61,1 ton dənlilər və dənli paxlalı bitkilər, 146,2 ton tərəvəz, 28,8 ton yonca, 894,6 ton meyvə və giləmeyvə, 427,2 ton üzüm toplanmışdır.
2024-cü ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 748 baş iribuynuzlu mal-qara (ondan 308 baş inək və camış), 1184 baş qoyun və keçi, 38 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2023-cü ilin yanvar-dekabr aylarında heyvandarlıq bölməsində 172,0 ton ət diri çəkidə, 711,3 ton süd, 1005 min ədəd yumurta, 2,9 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 105,5 ton (2,6 dəfə), yumurta istehsalı 597 min ədəd (2,5 dəfə), süd istehsalı 308,4 ton (76,5 faiz), yun istehsalı isə 0,1 ton (3,6 faiz) artmışdır.
2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 4674,3 min manat, o cümlədən bitkiçilik məhsulları 3010,2 min manat, heyvandarlıq məhsulları 1664,1 min manat təşkil etmişdir. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?