Gəncədə içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 17 faizə yaxın artıb

Gəncədə içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 17 faizə yaxın artıb2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 164,4 milyon manatlıq, o cümlədən 645,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 519 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,7 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 13,1 faiz azalmşdır.
2024-cü ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 20,7 faizi ticarət müəssisələri, 20,5 faizi bazar və yarmarkalarda, 58,8 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.
2023-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,3 faiz, fərdi sahibkarlar üzrə 6,8 faiz azalmış, bazar və yarmarkalar üzrə isə 44,3 faiz artmışdır.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər 
Gəncə şəhərində 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 35,4 milyon manat təşkil etmişdir. Dövriyyənin 34,8 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,3 faiz artaraq 430,3 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 98,7 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 22,9 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 12,9 faizi dövlət, 87,1 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur. / marja.az

Maliyyə     Tarix: 01 noyabr 2024

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin