Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb
2023-cü il yanvar-sentyabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Marja.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 427,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Məhsulun və xidmətlərin 107,5 milyon manatı, yaxud 25,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 320,0 milyon manatı, yaxud 74,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6867 nəfər işçinin (dövlət sektorunda 4002 nəfər, qeyri-dövlət sektorunda 2865 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 673,6 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 650,5 manat, qeyri-dövlət sektorunda 705,8 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 318,0 milyon manatı, yaxud 82,9 faizi qeyri-dövlət sektoruna aid olmaqla 383,8 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 95,5 milyon manat qida məhsulları istehsalı, 10,2 milyon manat içki, 181,4 milyon manat metallurgiya sənayesi məhsulları, 65,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 31,0 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində 66,7 min ton un, 35,8 ton makaron, 115,2 min dekalitr araq, 103,7 min dekalitr şərab, 541 ədəd traktor, 256 ədəd MAZ yük avtomobili, 15489,6 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 50 ədəd taxılyığan kombaynlar, 4932 ədəd elektron və 150664 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-sentyabr ayları ərzində 24,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, yaxud əhaliyə və digər istehlakçılara 286,73, milyon kVt.saat elektrik enerjisi, 120,9 milyon kub metr qaz, 12,42 min Q.kalori istilik enerjisi bölüşdürülmüşdür.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 17,9 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, yaxud 7,11 milyon kub metr su bölüşdürülmüşdür.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət