Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb

Gəncədə sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb2023-cü il yanvar-dekabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb. 
Gəncə Şəhər Statistika İdarəsindən Marja.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 571,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 143,5 milyon manatı, yaxud 25,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 428,4  milyon manatı, yaxud 74,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sənayedə muzdla çalışan 6873 nəfər işçinin (dövlət sektorunda 3996 nəfər,  qeyri-dövlət sektorunda 2877 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 673,7 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 653,5 manat, qeyri-dövlət sektorunda 701,8 manat təşkil etmişdir.   
Emal sektorunun müəssisələri tərəfindən 425,9 milyon manatı, yaxud  82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 514,4 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 120,4 milyon manat qida məhsulları istehsalı, 14,6 milyon manat içki, 245,7 milyon manat metallurgiya sənayesi məhsulları, 88,3 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 45,4 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində 90,4 min ton un, 52,8 ton makaron, 161,5 min dekalitr araq, 150,2 min dekalitr şərab, 662 ədəd traktor, 383 ədəd MAZ yük avtomobili, 20755,5 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 50 ədəd taxılyığan kombaynlar və 5803 ədəd elektron, 238247 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-dekabr ayları ərzində 31,5 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 24,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 

Maliyyə     Tarix: 09 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi