Gəncədə sərnişin və yük daşınması artıb
2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 91,9 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 4,7 milyon ton yük daşınmışdır. 2022-ci ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 24,4 faiz artmış, yük daşınması isə 14,9 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-dekabr aylarında 7,4 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 96,7 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 74,8 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 25,2 faiz təşkil etmişdir.
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c