Gəncədə sərnişin və yük daşınması artıb
2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin açıqladığı məlumata görə, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 71,6 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 3,7 milyon ton yük daşınmışdır. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən sərnişin daşınması 9,3 faiz, yük daşınması isə 8,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 5,8 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 97,5 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 74,7 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 25,3 faiz təşkil etmişdir. / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın