Girov, zamin və iş yerindən arayış tələb etməyən BOKT zərərin içində "üzür"

Girov, zamin və iş yerindən arayış tələb etməyən BOKT zərərin içində "SF Azerbaijan" BOKT MMC (Manato brendi) 2023-cü ili 921 min 430 manat xalis zərər ilə başa vurub. Kredit şirkəti 2022-ci ili 400 min 684 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "SF Azerbaijan" BOKT-ın xalis zərəri 2023-cü ildə 2022-ci illə müqayisədə 520 min 746 manat və ya 2,3 dəfə artıb.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, "SF Azerbaijan" BOKT-ın faiz gəlirləri 2022-ci ildə 270 manat ikən, 2023-cü ildə 10 milyon 273 min manata yüksəlib (38 min dəfədən çox artıb). 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
BÖYÜK MƏBLƏĞDƏ KREDİT GERİ QAYTARILMAYIB
Ötən il Təşkilatın xəmi xərcləri 11 milyon 195 min manat təşkil edib. Xərclərin 3 milyon 32 min manatını ehtimal olunan kredit zərərləri ilə bağlı ayırma, 4 milyon 94 min manatını inzibati və digər əməliyyat xərcləri təşkil edib. Ehtimal olunan kredit zərərləri üçün ayırma və xərclərin artması "SF Azerbaijan" BOKT-ın zərər ilə üzləşməsinə səbəb olub.
Ötən il "SF Azerbaijan" BOKT-ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7918 dəfə artaraq 31 dekabr 2023-cü il tarixində 16 milyon 390 min manata çatıb. Təşkilat 2022-ci ilin sonunda 2 min 70 manat cəmi kredit portfelinə malik idi. 
"SF Azerbaijan" BOKT Manato.az saytı vasitəsilə qısamüddətli kreditlər təklif edir. Krediti almaq üçün girov, zamin və ya iş yerindən gəlir haqqında arayış tələb olunmur. Digər bənzər xidmət tədarükçülərindən fərqli olaraq, Manato.az kredit müddətinin uzadılması üçün ödəniş müqabilində kreditin ödənilməsi möhlətini təqdim edir. Bundan başqa, 30 günlük müddətə 50 AZN-dən 1500 AZN-dək istənilən məbləğdə kredit götürmək mümkündür.
Girov, zamin və iş yerindən arayış tələb etməyən BOKT zərərin içində Girov, zamin və iş yerindən arayış tələb etməyən BOKT zərərin içində

Banklar     Tarix: 11 iyun 2024

Oxşar xəbərlər

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb


iqtisadi xeberler bitcoin leobank kart dollarin kursu bu gun bitkoin almaq