"Global Finance" Kapital Bank-ı mükafatlandırdı

®Dünyanın nüfuzlu "Global Finance" jurnalı "Fevral 2024-Ticarət Maliyyəçisi Xüsusi Buraxılışı"nda dərc olunacaq eksklüziv sorğuya əsasən 11 qlobal, 8 regional kateqoriyada, 100-dən çox ölkə və ABŞ-ın 8 regionu üzrə "Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı" ("Best Trade Finance Providers") mükafatının qaliblərini təyin edib. Mükafatçıların sırasında ölkənin birinci bankı Kapital Bank da yer alıb. Qaliblər BAFT Assosiasiyası tərəfindən Frankfurt şəhərində keçirilən tədbirdə elan edilib. 
Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib. 
Qeyd edək ki, "Global Finance" jurnalı 2018-ci ildə Kapital Bank-ı Azərbaycanda "Ən Güvənli Bank" ("Safest Bank") adına layiq görüb. 2019-cu ildə də bank "Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı" ("Best Trade Finance Providers") mükafatını alıb.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 31 yanvar 2024

Oxşar xəbərlər

"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı

Bank Respublika və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredi

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edib

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlər tətbiq edir. Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununl

Ölkədaxili nağdsız ödənişlərin 70 faizdən çox maliyyə xidmətlərilə bağlı olub

Ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların təsərrüfat subyektinin ticarət kodu üzrə bölgüsü açıqlanıb. . xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir. Ödəniş kartlar

Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. Sənədə deyilir ki, bu

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

AFB Bank-dan yeni "Mono Əməkhaqqı Kartı" – şirkətlər üçün daha sərfəli maaş layihəsi

AFB Bank şirkətlər və onların əməkdaşları üçün yeni "Mono Əməkhaqqı Kartı" məhsulunu təqdim edir. Yeni məhsul müəssisələrin əməkhaqqı layihələrində daha çevik, sərfəli və müasir bank həllərinə keçidini təşviq etmə

AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır

AFB Bank müştərilərinə mənzil sahibi olmaq və ya fərdi yaşayış evi tikmək arzusunu gerçəkləşdirmək üçün yeni və əlverişli Daşınmaz Əmlak Krediti məhsulunu təqdim edir. Müasir tələblərə uyğun hazırlanmış bu kredit məhsulu

"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib

Azərbaycanın "BB-" səviyyəsində olan suveren reytinqi ilə bankların böyük əksəriyyətinin reytinqləri arasında mövcud fərq maliyyə institutlarının daha zəif öz kredit profilləri ilə izah olunur (onların dayanıqlı


iqtisadi xeberler 1000 manatla biznes birbank bank faizleri biznes ideyalari