"Global Finance" Kapital Bank-ı "Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi" mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan "Global Finance" 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt innovasiyaları kateqoriyasında "Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi" (Best Use of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünü elan edib.
"Global Finance" jurnalının on birinci illik mükafatlandırma proqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edən aparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyə sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə Kapital Bank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq edilən innovasiyaların əhəmiyyətini vurğulayır.
Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.
Qeyd edək ki, "Global Finance" jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı "Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı" ("Best Trade Finance Providers") adına da layiq görüb. Eyni zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda "Ən Güvənli Bank" ("Safest Bank")  mükafatını qazanıb.    
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.  / marja.az

Banklar     Tarix: 19 aprel 2024

Oxşar xəbərlər

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi

"Unibank"dan biznes sahiblərinə xüsusi təklif: "Biznesinizə 6 qat dəstək"

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Biznesinizə 6 qat dəstək" adlanan kampaniya çərçivəsində mayın 31-dək "Unibank"da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlə

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır

ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır. Bank indiyə qədər özünün ABB mobil

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd


iqtisadi xeberler biznes ideyalari iqtisadiyyat xeberleri valyuta kurslari dollar mezenne