"Gömrük gəlirlərinin toplanması istiqamətində yeni mexanizm hazırlanıb"
Dövlət Gömrük Komitəsi (DGK) gəlirlərin toplanması istiqamətində elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb.
Bunu DGK-nın sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun olaraq metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmi hazırlanıb", - o vurğulayıb.
Ş. Bağırovun sözlərinə görə, toplama, gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət bücəsinin 18 %-ni, ÜDM-nin 5,2 %-ni təşkil edib: "Büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə 2022-ci illə müqayisədə 12,4 % artım müşahidə olunub".
Sərhədkeçmə müddəti azalıb
Şahin Bağırov qeyd edib ki, bu ilin yanvarında istifadəyə verilmiş Dövlət Gömrük Komitəsinin Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqindən sonra orta sərhədkeçmə müddəti 58 %, fiziki yoxlamalar 20 %, rəsmiləşdirmə müddəti isə 15 % azalıb.
"Ötən il təqdim edilmiş ARAS-la bir sıra alətlərin tətbiqində yeni nailiyyətlər əldə olunub. Gömrük qanunvericiliyinə əməl edən xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühiti yaratmaq məqsədilə gömrük rəsmilləşdirilməsi üçün sərf olunan müddət azalır, göndərişlər üzrə xərclərin minimalaşdırılmasına nail olunur", - deyə Ş. Bağırov vurğulayıb.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?