"Günay Bank"ın 35 əmanətçisi 47,3 milyon manata depozitə görə kompensasiya almayacaq

"Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir.
Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev bildirib.
Onun sözlərinə görə, "Günay Banık"ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi:  "Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir".
Beləliklə, 35 əmanətçi 47 milyon 387 min manat əmanətə görə kompensasiya almayacaq.
T. Piriyev həmçinin qeyd edib ki, "Günay Bank"la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur.
"Əgər "Günay Bank"ın kreditorları bir yerə toplanıb komitə yaratmaq istəsə biz əlbəttə bunu dəstəkləyəcəyik", - o əlavə edib.
İcraçı direktor vurğulayıb ki, sığortalanmamış əmanətlərin qaytarılması qanunvericiliyə uyğun olaraq tənzimlənəcək: "Günay Bank"da birinci olaraq bütün sığortalanmış əmanətlər veriləcək. Bundan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin mayın 16-da "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.
Sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.
Kompensasiya sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
Qorunan əmanətlərin illik faiz dərəcələri:
Milli valyutada - 12%
Xarici valyutada - 2,5%
Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.  Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
Kompensasiya məbləğləri:
Fiziki şəxslərin qorunan əmanəti üzrə - 100 000 ₼
Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə - 20 000 ₼
Notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri - Tam məbləğ
© "Report"

Banklar     Tarix: 21 iyun 2023

Oxşar xəbərlər

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki


iqtisadi xeberler iqtisadiyyat xeberleri kripto valyuta kurslari dollarin kursu bu gun