"Hazırda verilən kreditlərin 95 %-dən çoxu sığorta ilə təmin edilməyib"
Azərbaycan banklarının əsas hədəfi müştərilərinə sığorta məhsullarını münasib qiymətə təqdim etməkdir.
Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib.
"Hazırda verilən kreditlərin 95 %-dən çoxu sığorta ilə təmin edilməyib. Bazar böyüdükcə sığorta haqlarının azalmasını müşahidə edə biləcəyik", - deyə o qeyd edib.
"Həyat sığortası zaminlik problemlərinin həll edilməsinə şərait yaradır"
ABA-nın prezidenti Zakir Nuriyev qeyd edib ki, Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması zaminlik problemlərinin həll edilməsinə şərait yaradır.
"Bu gün sizin həmkarlarınız da sizdən bu və yaxud digər borclarına zamin durmağı xahiş edirlər. Bundan sonra ən sadə yolla deyəcəksiniz ki, həyatını sığortalatdır, rahatlıqla sizə kredit verəcəklər. Bu, ətəndaşlarımızın münasibətlərinin inkişafına təkan verir. Zaminlik məsələsi insanlar arasında kifayət qədər problemli məsələdir. Artıq bu alətlə bu problemi də çözəcəyik. Bununla da insanlar arasında münasibətlərin daha sivil formada qurulmasına şərait yaranacaq", - deyə o qeyd edib.
Zakir Nuriyev əlavə edib ki, Azərbaycanda istehlak krediti götürən fiziki şəxslərin həyatını sığortalaması sürətlə genişlənəcək
"Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları"na və "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na əlavə və düzəlişlər istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının daha əlverişli şərtlərlə həyat sığortasına əlçatanlığını təmin edəcək", - deyə o əlavə edib.
© "Report"

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?