Hökumətlə Mərkəzi Bankın həyata keçirdiyi təşəbbüslər ölkənin reytinqinin yüksəlməsinə əhəmiyyətli töhfə verib
İyul ayının 3-də "Moody"s" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu "müsbət" saxlayıb.
Marja xəbər verir ki, Agentlik tərəfindən yayımlanan məlumatda ölkədə davam edən islahatlar fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılığının azaldığı qeyd olunub. Agentlik davam edən tənzimləyici islahatların, o cümlədən Bazel III standartlarının tətbiqinin və maliyyə sektorunda korporativ idarəetmənin təkmilləşdirilməsinin bank sektorunun dayanıqlılığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Hesabatda pul-kredit siyasətinin ötürücülüyünün artırılması və fiskal idarəetmədə şəffaflığın yüksəldilməsi üzrə aparılan islahatların maliyyə sektorunda idarəetmə potensialını gücləndirdiyi qeyd olunub.
Ümumilikdə müsbət proqnoz institusional inkişaf və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlərlə bağlı gözləntiləri əks etdirir.
Həmçinin oxu
Beynəlxalq agentlik Azərbaycanın kredit reytinqini yüksəltdi
/ marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
CV-nin tərtib edilməsi prinsipləri
Mcdonalds françayzinqi neçiyədir?
Biznes planı necə yazmaq lazımdır?