"Hotbit" kriptobirjası bağlanır

"Hotbit" kriptobirjası bağlandığını elan edib, platformada əməliyyatlar mayın 22-də saat 7:00-da dayandırılıb. Kriptobirja istifadəçilərdən 21 iyun Bakı vaxtı ilə saat 08:00-a qədər qalan aktivlərini geri götürmələrini xahiş edib.
Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
"Hotbit" kriptobirjası 2018-ci ilin əvvəlində təsis edilib. O vaxtdan bəri, onun məlumatlarına görə, dünyanın hər yerindən təxminən 5 milyon insan saytın xidmətlərindən istifadə edib.
Bağlanmaq qərarı bir neçə səbəbə əsaslanır. Birincisi, birja 2022-ci ilin yayında keçmiş işçilərindən birinə qarşı aparılan istintaq zamanı əməliyyatların dayandırılması, eləcə də mərkəzləşdirilmiş platformalardan vəsaitlərin çıxarılması nəticəsində iş şəraitinin pisləşməsini göstərib.
"Hotbit"ə görə kinci səbəb kripto sənayesindəki tendensiyaların dəyişməsidir. Hesabatda qeyd edilir ki, sənaye iki istiqamətdə inkişaf etməyə başlayıb: iştirakçıların bir hissəsi tənzimləmə qaydalarını qəbul edir, digər hissəsi isə daha da mərkəzsizləşir.
Üçüncü səbəb kripto sənayesində bir çox risklər yaradan qeyri-müəyyənlikdir. "Hotbit" 2000-dən çox rəqəmsal valyutanı dəstəkləyir. Bununla belə, komanda geniş çeşidli aktivləri dəstəkləmək üçün əməliyyat modelinin risklərin idarə edilməsi baxımından qeyri-davamlı olduğunu etiraf edir.
Bu arada, Böyük Britaniya kripto aktivləri tənzimləmək üçün qaydalar hazırlayır. May ayında ölkə parlamenti kriptovalyutaları qumar oyunları ilə eyniləşdirməyə çağırıb.

Kriptovalyuta     Tarix: 22 may 2023

Oxşar xəbərlər

"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut

"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ciddi bahalaşma qeydə alınıb.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,84% bahalaşaraq 85 412,1

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı

Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin" 79 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. "Ethereum"

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. "Pubg" və "Clash of clans" hesabini və bitkoini miras qoymaq olacaq - ÇİND

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58


iqtisadi xeberler biznes krediti bitkoin online pul qazanmaq birbank