"Huawei" avtomobil də istehsal edəcək
Çinin "Huawei" şirkətinin rəsmiləri gələcək planları ilə bağlı məlumat veriblər. Bildirilib ki, nəhəng korporasiya gələn il əsas diqqətini avtomobil biznesinə yönləndirəcək və bu məsələdə bir neçə elektromobil istehsalçısı ilə əməkdaşlıq edəcək.
Qeyd olunur ki, 2023-cü ildə "Huawei" bu istiqamət üzrə digər avtomobil istehsalçılarının iştirakı ilə öz inkişafını davam etdirəcək. Məsələn, "Celis" adlı şirkətlə birlikdə ilk mərhələdə 200 min ədəd büdcəli elektromobil yaratmağı planlaşdırır. Bununla yanaşı, "Huawei" Çinin BAIC şirkəti ilə birgə tamamilə yeni avtomobil hazırlamaq niyyətindədir. Bu istiqamətdə növbəti ən vacib addım nəhəng akkumulyator istehsalçısı CATL ilə müqavilənin bağlanmasıdır. Dünən "Huawei"in "ağıllı" avtomobillərin hazırlanması bölməsinin rəhbərliyi CATL şirkəti ilə gələcək əməkdaşlığın əsasını qoyacaq anlaşma memorandumu imzalayıblar.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Xatırladaq ki, 2021-ci ildə "Cyrus" elektromobilinin uğurlu olmasından sonra "Huawei" öz avtomobil şöbəsinə daha çox investisiya yatırmağa başladı. Həmin vaxt birgə əməkdaşlıq çərçivəsində SF5 krossoveri təqdim edilmiş və layihə uğurlu alınmışdı.
Bununla yanaşı, məlumatda qeyd edilib ki, şirkət öz mobil şöbəsini unutmayacaq və gələn il təqdim ediləcək "Huawei P60" smartfon seriyasının modellərinin və digər smartfonlarının satışlarını yüksəltmək məqsədilə çoxlu sayda yeni işçi qəbulunu reallaşdıracaq. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Kriptovalyuta nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası