İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yenilənib
"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı (İSB) vətəndaş müraciətlərinin daha operativ və keyfiyyətli şəkildə cavablandırılmasını təmin etmək üçün Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirib. Bu məqsədlə yeni *9707 qısa nömrəsi istifadəyə verilib. Ölkəxarici nömrələrdən zəng edənlər üçün isə +994 12 525 97 07 nömrəsi nəzərdə tutulub.
Çağrı Mərkəzi vətəndaşlara 7 gün 24 saat olmaqla azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Vətəndaşlar Çağrı Mərkəzinə müraciət edərək İSB-nin informasiya sisteminə daxil olan 5 icbari sığorta növü (Daşınmaz əmlakın icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Sərnişinlərin icbari fərdi qəza sığortası, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta), "Yaşıl Kart" sığorta sistemi, kompensasiya ödənişləri və Büronun səlahiyyətlərinə aid digər məsələlər barədə ətraflı və operativ məlumat əldə edə bilərlər.
Çağrı Mərkəzi müraciətlərin qəbulunu və yönləndirilməsini sürətləndirən innovativ sistemlərlə təchiz olunub. Əməkdaşlar xüsusi təlimlərə cəlb edilərək kommunikasiya texnologiyaları, müştəri xidməti standartları və effektiv ünsiyyət bacarıqları üzrə dərin biliklər əldə ediblər.
Mərkəzə daxil olan bütün müraciətlər avtomatik olaraq qeydiyyata alınır və cavablandırılma prosesi tam şəkildə izlənilir. Zəngin qəbul edilmədiyi hallarda vətəndaşla əks əlaqə yaradılır və müraciətlərin vaxtında həlli təmin edilir.
Çağrı Mərkəzi vasitəsilə göstərilən bütün xidmətlər ödənişsizdir.
Qeyd edək ki, İSB Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Yeni Çağrı Mərkəzi ilə İSB vətəndaşların məmnuniyyətini artırmağı və xidmət keyfiyyətini yüksək səviyədə təmin etməyi hədəfləyir.
/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10