"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB
BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.
Açıqlanan göstəricilərə əsasən, BOKT "İdeal Kredit" MMC-nin müştərilərə verilmiş kreditlərinin həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 40 faiz artaraq 22 004 841 AZN təşkil edib. Bu artım şirkətin maliyyələşdirmə imkanlarının genişləndiyini və müştəri etimadının yüksəldiyini göstərir.
Hesabat dövründə şirkətin digər əsas maliyyə göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, cəmi aktivlər 35 faiz artaraq 24 187 461 AZN-ə, cəmi kapital 42 faiz yüksələrək 10 352 307 AZN-ə çatıb. Eyni zamanda, əməliyyat gəlirləri 31 faiz artaraq 6 062 574 AZN, bölüşdürülməmiş mənfəət isə 46 faiz yüksələrək 9 705 607 AZN təşkil edib.
Qeyd olunan nəticələr BOKT "İdeal Kredit" MMC-nin bazarda sürətlə böyüyən maliyyə institutlarından birinə çevrildiyini bir daha təsdiqləyir. Şirkət yalnız maliyyə göstəricilərində artım əldə etməklə kifayətlənmir, eyni zamanda regionlarda xidmət əlçatanlığını artırmaq istiqamətində fəaliyyətini davam etdirir.
Bu strategiyanın davamı olaraq yaxın günlərdə Naxçıvanda yeni filialın fəaliyyətə başlaması planlaşdırılır. Yeni filialın açılması şirkətin regional inkişaf strategiyasının mühüm hissəsi olmaqla yanaşı, daha çox müştəriyə operativ və çevik maliyyə xidmətlərinin təqdim edilməsinə imkan yaradacaq.
BOKT "İdeal Kredit" MMC qarşıdakı dövrdə də müştəriyönümlü yanaşmanı, çevik xidmət modelini və filial şəbəkəsinin genişləndirilməsini əsas prioritetlər kimi saxlayaraq dayanıqlı inkişaf istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət