İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir
2025-ci ilin 9 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi proqnozu 100% deyil, 98,4 faiz icra edib. Başqa sözlə, Komitənin xəttilə büdcə daxilolmaları proqnozdan 1,6% az olub. Ötən il Dövlət Gömrük Komitəsinin xəttilə büdcə daxilolmaları proqnozu üstələyirdi.
Qeyd edək ki, 01.01.2025 – 31.08.2025 dövründə (8 ayda) Azərbaycanın idxalının həcmi 15 milyard 52 milyon 651 min ABŞ dolları təşkil edib. 2024-cü ilin eyni dövründə idxalın həcmi 12 milyard 763 milyon 883 min ABŞ dolları olmuşdu.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 9 ay ərzində həmin məbləğin 71,9 %-i təmin olunub.
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını