İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

İlham Əliyev Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
FED.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlandı.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və "Global Infrastructure Partners" (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edildi, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulandı. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru "Italo"ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olundu.
Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və "BlackRock" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunuldu. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulandı.
Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan "BlackRock"un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən "BlackRock" enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. "Global Infrastructure Partners"in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin "BlackRock", "Microsoft" və "MGX" ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.

Biznes     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu


iqtisadi xeberler en son xeberler valyuta xeberleri online pul qazanmaq bank faizleri